Yığmamız turnirə qələbə ilə başladı
06.02.2013 - 21:47
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın "Podvodnik" (Yaroslavl) klubu ilə qarşılaşan millimiz 5:1 hesabı ilə qələbə qazanıb. Comərd Baxşəliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Zeynal Zeynalov, Orxan Məmmədov və Asif Zeynalov fərqlənib.
0
0