“Xəzər Lənkəran”ın transfer etmək istədiyi futbolçusu Gürcüstana gəlib
06.02.2013 - 22:48
“Xəzər Lənkəran”ın transfer etmək istədiyi futbolçusu Gürcüstana gəlib
Xəbər verdiyimiz kimi, Antalya toplantısını sona verərək vətənə dönən “Xəzər Lənkəran” heyətini daha bir hücumçu ilə gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” sıralarına qatmaq istədiyi argentinalı futbolçu fevralın 6-da Gürcüstanın paytaxtı Tbilisiyə gələrək ölkəmizə keçmək üçün Azərbaycan səfirliyindən viza alıb.

Zəngin karyeraya malik olan 30 yaşlı futbolçunu cənub klubunun bir neçə nümayəndəsi qarşılayıb. Lakin Cənubi Amerika təmsilçisinin adı “Xəzər Lənkəran”la münasibətləri rəsmiləşdirəndən sonra açıqlanacaq.

Qeyd edək ki, Bakıda olan Karles Bakesin yetirmələri fevralın 7-də səhər saat 11:00-da Dövlət Yol Polisi idarəsinə məxsus stadionda məşqə çıxacaq. Daha bir hazırlıq prossesi axşam saat 17:00-da olacaq. Komanda Lənkəran şəhərinə fevralın 8-də səhər məşqindən sonra yola düşəcək.

Mənbə: 12cioyuncu.info