“Yoxlama oyunlarında gücümüzü sınadıq"
06.02.2013 - 23:59
“Çempionat oyunlarına hazırlaşırıq. Məşq şəraitimiz yaxşıdır”. Apasport.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in legioneri Nikolay Svejentsev deyib.
O, klubun saytına Gəncə təmsilçisinin təlim-məşq toplanışı və məşq prosesinin gedişatı ilə bağlı fikirlərini bildirib: “Hər bir futbolçu məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməklə, öz üzərinə düşən işin öhdəsindən maksimum şəkildə gəlməyə çalışır. Yoxlama oyunlarında gücümüzü sınadıq. Baş məşqçimiz Mahmud Qurbanov oyunçuların hazırlıq səviyyəsinə nəzər yetirib, yəqin ki, özü üçün qeydlər apardı. Heyətdə baxışda olanlardan oyunu ilə seçilənlər komandaya cəlb olundu. Qış fasiləsindən sonra daha yaxşı çıxış etmək əsas məqsədimizdir”.

0
0