Cəmşid Məhərrəmov “Kəpəz”lə müqavilə imzaladı
07.02.2013 - 00:04
Cəmşid Məhərrəmov “Kəpəz”lə müqavilə imzaladı
Qış fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətə təcrübəli futbolçu cəlb edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, sonuncu komandası “Bakı” olan Cəmşid Məhərrəmov Gəncə təmsilçisinin sıralarını gücləndirib.

Müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Baş məşqçi Mahmud Qurbanovun dəvəti ilə kluba gələn Məhərrəmov artıq iki gündür ki, “Kəpəz”in məşqlərində iştirak edir.