Burkina-Faso finalda
07.02.2013 - 02:27
Burkina-Faso finalda
Afrika Millətlər Kubokunun ikinci finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən turnirin yarımfinal mərhələsində Burkina-Faso yığması Qana millisini üstələyərək finala adını yazdırıb.

Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə dəqiqələrdə isə tərəflər hərəyə bir dəfə fərqlənib – 1:1. Penaltilər seriyasında Burkina-Faso rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, digər finalçı Mali üzərində 4:1 hesabı ilə qalib gələn Nigeriyadır. Final matçı isə fevralın 10-da baş tutacaq.

Afrika Millətlər Kuboku

Yarımfinal

6 yanvar

Nigeriya – Mali – 4:1
Eçidjipe, 25, İdeye, 30, Eminike, 44, Musa, 60 – Diarra, 75

Burkina-Faso - Qana – 1:1 (2:1-pen)
Banse, 60 – Vakaso, 13