Yığmamızın rəqibi uduzdu
07.02.2013 - 02:56
Yığmamızın rəqibi uduzdu
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Paulu Bentunun kollektivi Ekvadorla üz-üzə gəlib.

Matç Cənubi Amerika təmsilçisinin 2:3 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, millimizin digər rəqiblərinin oyunları bu qarşılaşmadan əvvəl başa çatıb. Rusiya İslandiyanı (2:0) və İsrail Finlandiyanı (2:1) məğlub edib. Şimali İrlandiya isə Malta ilə (0:0) bərabərə qalıb. Lüksemburq - Ermənistan matçı isə 1:1 hesablı sülhlə yekunlaşıb.

Yoldaşlıq oyunu

6 yanvar

İsrail – Finlandiya – 2:1
Ben Basa, 2, Rafaelov, 90 – Forssell, 86

İslandiya – Rusiya – 0:2
Şirokov, 43, Şatov, 66

Malta – Şimali İrlandiya - 0:0

Portuqaliya – Ekvador – 2:3
Ronaldo, 23, Poştiqa, 60 - Valensiya, 2, Pereyra, 61-avtoqol, Kaysedo, 70

5 fevral

Lüksemburq - Ermənistan – 1:1
Mutş, 15 – Manuçaryan, 43