“Barselona” İspaniya futbol tarixinin rekordunu müəyyənləşdirdi
07.02.2013 - 07:12
“Barselona” İspaniya futbol tarixinin rekordunu müəyyənləşdirdi
“Barselona” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun 9 futbolçusu İspaniya milli komandasının heyətində ötən gün Uruqvay (3:1) yığması ilə keçirilən yoldaşlıq görüşündə meydana çıxıb. Bu da İspaniya millisinin tarixində ən yüksək göstəricidir.

“Barselona”nın meydanda olan futbolçuları bunlardır: Viktor Valdes, Karles Puyol, Xerard Pike, Xordi Alba, Serxio Busqets, Andres İniyesta, Pedro Rodriqes, Sesk Fabreqas, David Vilya.

Həmçinin Karles Puyol milli komandada 100-cü oyununu keçirib. 2000-ci ildən yığmanın şərəfini qoruyan müdafiəçi Avropa (2008, 2012) və dünya çempionu (2010) olub.