Yığmamızın rəqibləri qola həsrət qaldı
07.02.2013 - 09:36
Yığmamızın rəqibləri qola həsrət qaldı
21 yaşadək futbolçulardan Avro-2015-in seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan yığmalar yoldaşlıq oyunları keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri ilə eyni qrupda yer alan 4 komandadan heç biri qalib gələ bilməyib.

Rəqiblərimizdən 3-ü – Makedoniya, İsrail, Portuqaliya qolsuz heç-heçə edib. Norveç isə səfərdə məğlub olub. Bir sözlə millimizin rəqiblərindən heç biri qol vura bilməyib.

Türkiyə - Norveç – 2:0
Albaniya – Makedoniya – 0:0
İsrail – Serbiya – 0:0
Portuqaliya – Sloveniya – 0:0