Vaqif Cavadov şəriklərini arxada qoydu
07.02.2013 - 10:41
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov yığmadakı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, fevralın 6-da Dubayda Lixtenşteynə qarşı keçirilən qarşılaşmada fərqlənən hücumçu 519 gündən sonra millidə qol sevinci yaşayıb.
Cavadov sonuncu dəfə indi olduğu kimi ayın 6-da – 2011-ci ilin sentyabrında fərqlənmişdi. Həmin vaxt hücumçumuz Avro-2012-nin Qazaxıstanla seçmə oyununda rəqib qapısına yol tapmışdı.
Lixtenşteynə penaltidən vurulan bu qol Vaqifin millidə 8-ci belə uğuru oldu. Bununla da o, yığma tarixinin bombardirləri siyahısında 2-ci yerin vahid sahibinə çevrildi. Şərikləri Branimir Subaşiç və Elvin Məmmədovu arxada qoyan Cavadov indi liderdən 6 qol geri qalır. Bu isə futbolçunun “Qarabağ”dakı baş məşqçisi Qurban Qurbanovdur. Milli tarixinin ən məhsuldar oyunçusu olan sabiq hücumçunun hesabında 14 top var.
Millinin 5 ən yaxşı bombardiri

Qurban Qurbanov | 14 |
Vaqif Cavadov | 8 |
Branimir Subaşiç | 7 |
Elvin Məmmədov | 7 |
Zaur Tağızadə | 6 |
0
0