“Qaradağ Lökbatan”ın yalanı üzə çıxdı
07.02.2013 - 11:23
“Qaradağ Lökbatan”ın yalanı üzə çıxdı
I dəstənin lideri “Qaradağ Lökbatan” Antalyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, “Əmirhan” otelində məskunlaşan paytaxt təmsilçisi artıq bir yoxlama oyunu keçirib.

Lökbatanlılar Almaniyanın “Ştanbax” klubunu 3:0 hesabı ilə darmadağın edib. Aşağı dəstə klubu fevralın 9-u və 11-də daha 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

“Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudovun mətbuata verdiyi sözlərə görə, növbəti rəqib İsveçrənin I dəstəsinin lideri “Arau” olmalıdır. Ancaq bu tur İsveçrə birinciliyinin başlayacağını nəzərə alanda Arau təmsilçisinin Antalyada olmadığı üzə çıxır.

Əslində isə “Qaradağ Lökbatan”la qarşılaşacaq komanda “Arau”nun əvəzedici komandası sayılan “Arqau U-21”dir. Bu komanda hazırda “Əmirhan” otelində məskunlaşıb və dünən Rumıniyanın “Otopeni” klubu ilə qolsuz bərabərliyə qalıb.