“Qəbələ”nin sabiq baş məşqçisi Superliqa klublarının hədəfində
07.02.2013 - 11:38
“Qəbələ”nin sabiq baş məşqçisi Superliqa klublarının hədəfində
“Qəbələ”nin ingiltərəli sabiq baş məşqçisi Toni Adamsın adı Türkiyə Superliqa klublarının ətrafında hallanır. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis “Bursaspor” və “Qaziantepspor”un baş məşqçi postuna namizəd sayılır.

Düzdür, Bursa təmsilçisi Ərtoğrul Sağlamın istefası verməsindən sonra bu postuna Hikmət Karamanın gətirildiyi və onunla 2,5 illik müqavilə imzalandığı bildirilir. O, məhz “Qaziantepspor”u çalışdırdığından, bu post vakant qalıb. İngilis həmkarlarımız “Bursaspor”un Adamsla danışıqlar apardığını, “Qaziantepspor”un onunla maraqlandığını yazır.

Qeyd edək ki, çalışdırıcı 2010-cu ilin mayında baş məşqçisi postuna gəldiyi “Qəbələ”dən 2011-ci ilin noyabrında ailə səbəbləri üzündən gedib.