Rəşad Sadıqov: “Qarabağ”da legionerlərin artımı qaçılmaz idi
07.02.2013 - 12:50
“Qış fasiləsində heyətimizdə bir sıra dəyişiklər oldu. Fikirləşirəm ki, bunların komandamız üçün faydası olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. Qış fasiləsinə 3-cü pillədə yollanan ağdamlılar əsas hücumçusu Rauf Əliyevin “Bakı”ya gedişindən sonra ön xəttini gücləndirmək üzərində çalışıb. Belə ki, millimizin digər hücumçusu Branimir Subaşiçlə yanaşı, “Rəvan”dan argentinalı yarımmüdafiəçisi Kristian Torres və “Anderlext”dən braziliyalı Reynaldo transfer olunub.
Sadıqov komandasında dəyişiklərin vacib olduğunu düşünür: “Çünki bizdə legioner sayının artırılmağı qaçılmaz idi. Bilirsiniz ki, “Qarabağ” həmişə daha çox yerli futbolçulara üstünlük verib. Ancaq bizi qarşıda ən azı 16 ağır oyun gözləyir. Bunların 14-ü çempionatda, 2-si kubokda olacaq. Artıq yalnız yerlilərlə alınmırdı, çatdırmaq olmurdu. Bu üzdən məşqçilər heyəti daha çox legionerlərə üstünlük verən transfer siyasətini həyata keçirdi. İnşallah, fikirləşirəm ki, yaxşı bir komanda qurub, yayda bunu bir qədər də gücləndirib, yaxşı bir “Qarabağ” görəcəyik”.
Təcrübəli müdafiəçi elə cari mövsümdə də yaxşı nəticə qazanmaq istədiklərini söyləyib: “Elə bu il də yaxşı nəticə əldə etməyə çalışacağıq. Ancaq çox çətin olacaq. Çünki həmişə çempionatın 2-ci hissəsi daha ağır keçir”.
Mehman SÜLEYMANOV

0
0