“Neftçala” “Syon”la qarşılaşacaq
07.02.2013 - 12:59
Növbəti mövsüm elitada oynamağa əsas namizədlərdən olan “Neftçala” fevralın 5-dən Antalyada hazırlıq keçir. Apasport.az saytının məlumatına görə, Neftçala təmsilçisi bu gün qonşu Türkiyədə ilk yoxlama oyununu keçirəcək.
Aşağı dəstə təmsilçisi Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin məşhur “Syon” klubunun əvəzedici komandası ilə qarşılaşacaq. “Neftçala” bundan sonra daha 2-3 oyunda da qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Neftçala” “Qaradağ Lökbatan”ın da qaldığı “Əmirhan” otelində məskunlaşıb. Komanda fevralın 16-da ölkəmizə qayıdacaq.

0
0