Türkiyə Futbol Federasiyası Rail Məlikovu cəzalandırdı
07.02.2013 - 22:01
Türkiyə Futbol Federasiyası Rail Məlikovu cəzalandırdı
Türkiyə Futbol Federasiyası (TFF) PTT 1-ci liqasında çıxış edən “Dənizlispor”un azərbaycanlı futbolçu Rail Məlikov barəsində sərt qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, hakimi təhqir etməkdə günahlandırılan təmsilçimiz üç oyunluq cəzalandırılıb. Həmçinin Məlikova 5 min türk lirəsi məbləğində cəza kəsilib.

Qeyd edək ki, Türkiyə PTT 1-ci liqasında “Adama Dəmirspor”la görüşün 53-cü dəqiqəsində rəqib komandanın qayda pozuntusundan sonra vurduğu qola etiraz edən Rail oyunun baş hakimi tərəfindən qırmızı vərəqə almışdır.
0