“Rəvan”da litvalı futbolçu
07.02.2013 - 22:13
İlk "altılıq” şansları qalsa da, daha çox növbəti mövsümün kollektivini qurmaq istəyən “Rəvan”ın düşərgəsində 2 futbolçu baxışdan keçir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bunlardan birinin yaponiyalı müdafiəçi Naoya Şibamura olduğunu xəbər vermişdik. Özbəkistan "Buxara”sından gələn asiyalı arxa xətt oyunçusu hələ ki özü barədə müsbət fikir formalaşdıra bilib.
Düşərgədə baxışdan keçirilən digər futbolçu isə Litva millisinin üzvüdür. Fevralın 28-də 29 yaşını qeyd edəcək Mindauqas Kalonas "Jalgiris”in yetirməsidir. Gənc yaşlarında Moskva "Dinamo”su, "Saturn” və "Rubin”in əvəzedicilərdən ibarət komandalarında çıxış etmiş litvalı yarımmüdafiəçi özünü Latviyanın "Metallurq” klubunda ən yaxşı tərəfdən göstərib. Belə ki, Liepayada təmsilçisinin heyətində çempionatda keçirdiyi 55 oyuna 15 qol vurmağı bacarıb. Üstəlik, 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olub. Onun dövründə "Metallurq” ən pis halda çempionatda 2-ci olub.
Uğursuz "Kuban” macərasından sonra xavbek Latviyanın "Riqa”, İrlandiyanın "Bohemians” komandalarında da top qovub. Sonuncuların heyətində 2008-ci ildə həm ölkə çempionu olub, həm də kuboku qazanıb. Kalonas İrlandiya kubokunun finalında oynamış ilk litvalı kimi də tarixə düşüb. 2009-2012-ci illər ərzində Ukrayna Premyer Liqasında çıxış edən Zaporojye "Metallurq”unun şərəfini qorumuş futbolçunun son "dayanacağı” Polşanın I divizion təmsilçisi "OKS Stomil” olub.
Mindauqas Litva millisinin heyətində 35 matçda forma geyib və 2 dəfə fərqlənib. Maraqlıdır ki, o, qollarının hər ikisini DÇ-2010-un seçmə mərhələsində vurub. 177 sm boya, 72 kq çəkiyə malik Kalonas Rumıniya və Serbiya komandalarını məyus edib.
Qeyd edək ki, həm Şibamura, həm də Kalonas ilə bağlı yekun qərar yaxın 2-3 günə veriləcək.

0
0