Bekhem Skoulzu və Giqqzi özünə örnək götürüb
07.02.2013 - 23:21
Bekhem Skoulzu və Giqqzi özünə örnək götürüb
Devid Bekhem gələcək karyerasındakı planları haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, 37 yaşında olmasına baxmayaraq PSJ ilə müqavilə imzalayan İngiltərə milli komandasının sabiq kapitanı Pol Skoulzu və Rayan Giqqzi özünə örnək götürüb.

O, “Mançester Yunayted”in sözügedən futbolçuları kimi olmaq istədiyini vurğulayıb:

“Əlimdən gəldiyi qədər yenidən bir şey yaratmaq, müvəffəqiyyətli olmaq, kubok qazanıb çempionluq yaşamaq istəyirəm. Bütün karyeram boyunca fikrimdə həmişə bu olub. Əgər bu motivasiya sizdə varsa ömrünüz boyunca belə davam edər. Rayan Giqqz və Pol Skoulza baxın. Bəli, hər matç oynamırlar. Amma oynadıqları zamanda oyuna təsir edirlər. Mən də onlar kimi olmağa çalışıram və müvəffəqiyyətli olmaq istəyirəm”