Rişat Qilyazutdinov: Bakıda başqa cür oynayacağıq
08.02.2013 - 00:35
Rişat Qilyazutdinov: Bakıda başqa cür oynayacağıq
Kazanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçında evdə “Rabitə” (1:3) ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatında da lider olan komandanın çalışdırıcısı məğlubiyyətdən nəticə çıxardacaqlarını bildirib.

O, Bakıda başqa cür oynayacaqlarını ifadə edib:

“Bizdə bu gün alınmadı. Bakıda cavab matçı bizi gözləyir. Biz ümid edirik ki, orada başqa cür oynaya biləcəyik. Məğlubiyyətdən nəticə çıxardaq. Lakin indi rəqibə əlavə məlumatı vermək istəmirik”.