Di Maria ilə iki böyük klub maraqlanır
08.02.2013 - 01:23
Di Maria ilə iki böyük klub maraqlanır
“Real”dan ayrılacağı gündəmə gələn Anxel Di Maria ilə iki klub yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, bu komandalar, PSJ ilə “Mançester Yunayted”dir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson da növbəti mövsüm üçün argentinalı yarımmüdafiəçini heyətində görmək niyyətindədir. Hətta Di Maria “Kral klubu”na transfer olmamışdan əvvəl, şotlandiyalı çalışdırıcı onunla yaxından maraqlanmışdır. Lakin daha sonra o, “Real”a getməyi üstün tutmuşdur.

“Mançester Yunayted”dən başqa PSJ-də Anxeli istəyir. Həmçinin İspaniya mətbuatı Paris klubunun futbolçu ilə gizli danışıqlara başladığını da iddia edir.

Qeyd edək ki, 2011-ci ildə “Real” rəhbərliyindən oyunçu ilə 2016-cı ilə qədər olan müqaviləsini 2018-ci ilə qədər uzadacağına dair xəbər yayılmışdır. Lakin bununla əlaqədar hər hansı bir cəhd baş verməmişdir.