“Real” Kavani ilə maraqlanır
08.02.2013 - 04:17
Bu mövsüm İspaniya La Liqasında “Barselona”dan çox geri qalan və çempionluq xəyallarını boşa verən “Real” gələcək mövsümün transfer hazırlıqlarına indidən başlayıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu “Napoli”də forma geyinən Edinson Kavani ilə yaxından maraqlanır.
Madrid klubu uruqvaylı hücumçu üçün Neapol təmsilçisinə 50 milyon avroluq bir təklif təqdim etmək niyyətindədir. Amma bir müddət əvvəl “Napoli”nin prezidenti Aurelio De Laurentiis forvardın qiymətini açıqlamışdır. Klub sahibi Kavanini yalnız 63 milyon avroya satacağını bildirmişdir. Neapol təmsilçisi isə “Real”ın bu təklifinə necə reaksiya verəcəyi maraqla gözlənilir.

0
0