Klublar avrokubokların hazırkı formatının saxlanılmasını istəyiblər
08.02.2013 - 06:51
Klublar avrokubokların hazırkı formatının saxlanılmasını istəyiblər
Avropanın 200 klubunun üzvü olduğu Avropa Klublar Assosiasiyası (ECA) avrokubokların formatı ilə bağlı sorğu keçirib. Apasport.az saytının məlumatına görə, səsvermədə iştirak edənlərin 92 %-i Çempionlar Liqası və Avropa Liqasının hazırkı formatının saxlanılmasına səs veriblər.

Əksər klublar Avropa Liqasının qalibinin növbəti il Çempionlar Liqasının qrup mərhələsində birbaşa yer almasını dəstəkləyib. Bu ideyanı sorğuya qatılanların 61 %-i səs verib.