Pike yenidən Premyer Liqada çıxış edə bilər
08.02.2013 - 07:36
Pike yenidən Premyer Liqada çıxış edə bilər
“Çelsi” “Barselona”nın müdafiəçisi Xerard Pike ilə yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, “zadəganlar” İspaniya milli komandasının üzvü üçün Kataloniya klubuna 60 milyon avro verməyi planlaşdırır.

Həmçinin London təmsilçisi 26 yaşlı futbolçuya illik 13 milyon avro məvacib ödəməyə də hazır olduqlarını bildiriblər. Əgər tərəflər arasında razılıq əldə olunduğu təqdirdə, Pike dünyanın ən çox qazanan müdafiəçisi ünvanına sahib olacaq.

Qeyd edək ki, Pike 2004-2008-ci illərdə İngiltərə Premyer Liqasında forma geyinib. O, burada iki il “Mançester Yunayted”in şərəfin qoruyub.