“Rəvan”ın sabiq hücumçusu Serbiyada oynayacaq
08.02.2013 - 12:40
“Rəvan”ın sabiq hücumçusu Serbiyada oynayacaq
Qış fasiləsində “Rəvan”la yolları ayıran Nemanya Vidakoviç özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, serbiyalı hücumçu karyerasını vətənində davam etdirəcək.

Bir müddət “Ordabası”nın Antalyadakı düşərgəsində olan, hətta “İnter”lə yoxlama oyununda meydana çıxan Vidakoviç Qazaxıstan klubu tərəfindən bəyənilmədikdən sonra ölkəsinə qayıdıb. Ötən qış “Rəvan”a keçən və burda 27 oyun keçirib 7 qol vuran hücumçu bundan sonra Serbiya Superliqasında çıxış edən “Novi Pazar”da çıxış edəcək.

Qeyd edək ki, Novi Pazar təmsilçisinin futbolçusu Risto Ristoviç isə əks marşrutla ölkəmizdə - “Bakı”da oynayacaq. “Qəbələ” və “Kəpəz”in sabiq müdafiəçisi Lyuba Baranin isə bu klubdan qışda ayrılıb.