Bakıda 5 ölkədən 6 milli komanda
08.02.2013 - 13:18
Bakıda 5 ölkədən 6 milli komanda
VI Bakı Beynəlxalq Futzal Turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 12-dən 16-dək keçiriləcək yarışda 6 komanda mübarizə aparacaq.

Bunlar Azərbaycan, Azərbaycan-2, Özbəkistan, Latviya, Belarus və Moldova milliləridir. Komandalar 2 qrupda yarışa başlayacaq və son gün final matçlarında qüvvəsini sınayacaq.

12 fevral
16:30. Özbəkistan - Azərbaycan-2
18:30. Azərbaycan - Latviya

13 fevral
16:30. Belarus - Azərbaycan-2
18:30. Latviya - Moldova

14 fevral
16:30. Belarus - Özbəkistan
18:30. Moldova - Azərbaycan

16 fevral
Final mərhələsi

14:30. A-3 - B-3 - 5-ci yer uğrunda oyun
16:30. A-2 - B-2 - 3-cü yer uğrunda oyun
18:30. A-1 - B-1 - Final

Mənbə: affa.az