Bruno Alveş: Azərbaycana qalib gəlməliyik
08.02.2013 - 13:33
Bruno Alveş: Azərbaycana qalib gəlməliyik
“Ekvadora məğlubiyyət bizi gələcəkdə daha ehtiyatlı davranmağa məcbur edir. Biz qələbələrə öyrəşmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Bruno Alveş deyib.

32 yaşlı mərkəz müdafiəçisi DÇ-2014-ün seçmə mərhələsinin gələn ay İsrail və Azərbaycanla oyunları haqda nikbin düşünür: “Son vaxtlar əldə etdiyimiz müsbət nəticələr bizdə arxayınlaşma yaratmışdı. Lakin səviyyəmizə bələdəm. Elə bu üzdən də deyə bilərəm ki, İsrail və Azərbaycanla qarşılaşmalarda qalib gəlməliyik. Dünya və Avropa çempionatının final mərhələsinə pley-offdan yüksəlmək çətindir. Ona görə sonadək çalışmalıyıq ki, mundiala 1-ci pillənin sahibi kimi birbaşa yollanaq. Hələ buna ümidimiz qalır”.

Qeyd edək ki, fevralın 6-da yoxlama oyununda Ekvadora 2:3 hesabı ilə uduzan portuqaliyalılar martın 22-də İsrail, 26-da Azərbaycanla görüşəcək.