“Kəpəz”: 2 günə 4 legioner
08.02.2013 - 13:52
“Kəpəz”: 2 günə 4 legioner
“Kəpəz” qış fasiləsində baxışa dəvət etdiyi daha 2 legionerlə müqavilə bağlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Mahmud Qurbanov rusiyalılar - Alan Soltanov və Vladislav Serebryakovu komandada saxlayıb.

Soltanov müdafiədə, Serebryakov isə hücumçudur. Futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.

Qeyd edək ki, “Kəpəz” 1 gün öncə türkmənistanlı Pirkuli Saparovla Raximberdı Baltayevi də heyətinə qatmışdı.