Topaz Premyer Liqası klublarının nəzərinə!
08.02.2013 - 14:36
Topaz Premyer Liqası klublarının nəzərinə!
Bu gün Topaz Premyer Liqasında “transfer pəncərəsi” rəsmən bağlanır. Apasport.az saytının məlumatına görə, bunun üçün klublar etdikləri transferləri bu gün gecə saat 12-yə kimi PFL-ə təqdim etməlidir. Əks halda həmin futbolçuların qeydiyyatı təsdiqlənməyəcək.

Qeyd edək ki, “transfer pəncərəsi” yanvarın 12-dən etibarən açıq idi.