“Simurq” “təyyarə”ni vursa...
08.02.2013 - 14:40
Sabah startı veriləcək Topaz Premyer Liqasının XIX turunun nəticələrindən sonra “altılığ”a ilk 2 vəsiqənin rəsmiləşməyi mümkündür. Apasport.az saytının hesablamalarına görə, 2-ci pillədə qərarlaşan “Simurq” səfərdə 7-ci yerin sahibi AZAL-ı məğlub edərsə, “altılığ”a düşəcəyi dəqiqləşəcək.
Bu halda, komandalar arasında xal fərqi 14 olacaq. “Simurq” “təyyarəçilər”lə ilk dövrədə evdə 2:2 hesablı bərabərliyə qaldığından, səfər qələbəsi onu rəqibindən şəxsi oyunda üstün edəcək.
Düzdür, AZAL-ın ehtiyatda 1 oyunu var. Ancaq komanda həmin matçda “Neftçi”yə qalib gəlsə belə, “Simurq”la xal fərqi 11 olur. Deməli, “təyyarəçilər” qalan 3 oyununda da qələbə qazansa, zaqatalalılara çata bilməyəcəklər.
Lider “İnter” isə “Xəzər Lənkəran”la səfər matçında qalib gəlsə belə, vəsiqəni rəsmiləşdirməyi özündən asılı deyil. Çünki onun AZAL-la matçları eyni hesabla nəticələnib – 0:0. Deməli, məsələ şəxsi oyunlara gələndə, kimsə üstünlük qazanmır.
“İnter” Lənkəranda qalib gələrsə, xalını 37-yə çatdıracaq. Özü də bu, turun son oyunu olacağından, həmin vaxta kimi AZAL – “Simurq” matçının nəticəsi bilinəcək. Əgər zaqatalalılar Şüvəlanda “təyyarəçilər”dən xal ala bilsələr, “bankirlər”in də vəsiqəni rəsmiləşdirməyinə imkan yaradacaq.

0
0