“Neftçi”nin xahişlə yaydığı xəbər qalmaqal yaratdı
08.02.2013 - 16:31
“Ruslan Abışovla yanvarın 8-də görüşmüşük. Həmin görüşlə bağlı məlumatı klubun saytına sonradan yerləşdirilməsinin isə səbəbi var. Çünki futbolçunun qardaşı Sərxan bizdən xahiş etmişdi ki, xəbəri sayta gec yerləşdirək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə deyib.
Millimizin müdafiəçisi Ruslan Abışov yetirməsi olduğu “ağ-qaralar”la ötən mövsüm qazandığı qızıl medalı yayda “Xəzər Lənkəran”a keçəndən sonra ala bilməmişdi. Bu məqsədlə futbolçunu qardaşı Sərxanla birgə klubun bazasına dəvət edən “Neftçi” rəhbərliyi mükafatı Abışova təqdim edib. Amma görüş barədə xəbər “Neftçi”nin saytına həmin vaxtdan çox sonra - fevralın 7-də yerləşdirilib.
Abbasov həmin məlumatın 1 ay sonra yerləşdirilməsinə belə aydınlıq gətirib: “Biz Sərxanın xahişi ilə məlumatı 1 ay sonra yaydıq. O dedi ki, “Xəzər Lənkəran” buna görə “Rubin”ə keçidinə maneçilik törədə bilər. Biz də bunu anlayışla qarşılayaraq, məlumatı saytda sonradan yerləşdirdik. Əslində, “Xəzər Lənkəran” buna niyə etiraz etsin ki... Çünki hər bir klubumuz azərbaycanlı futbolçunun “Rubin” kimi güclü kluba keçməyini istəyər. Sərxan isə xəbər gedəndən sonra deyib ki, bu məlumatın niyə indi yerləşdirilməyini başa düşmür. Bu, bizdə təəssüf doğurur”.
Sərxan Abışov isə “apasport”a açıqlamasında “Neftçi” nümayəndələrindən xahiş etdiyini təsdiqlədi: “Bəli, “Neftçi”dən xahiş etmişəm. Çünki həmin vaxt “Xəzər Lənkəran”ın futbolçusunun “Neftçi”nin düşərgəsinə gəlməsi futbol ictimaiyyəti tərəfindən düzgün başa düşülməyə bilərdi. Mən də dedim ki, qoy, Ruslan “Rubin”ə getsin, onda xəbəri verərsiniz”.

0
0