Elxan Məmmədov Patrisiya Qonzalesi futbolçulara təqdim etdi - FOTO
08.02.2013 - 16:54
Elxan Məmmədov Patrisiya Qonzalesi futbolçulara təqdim etdi - FOTO
AFFA-nın baş katib Elxan Məmmədov 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, Məmmədov komanda ilə görüşərək yeni baş məşqçi Patrisia Qonzalesi futbolçulara təqdim edib. Tədbir AFFA-nın Futbol akademiyasında gerçəkləşib.

Qeyd edək ki, yığmamız hazırda Qonzalesin rəhbərliyi altında ilk təlim-məşq toplanışını keçirir.

Mənbə: affa.az