Kamran Ağayev rəsmən “Bakı”da
08.02.2013 - 17:45
“Bakı” Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın transferə çıxardığı 27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
“Zolaqlılar” Ağayevlə yanaşı, Antalyada təlim-məşq toplanışında heyətinə cəlb etdiyi millimizin digər üzvü Rauf Əliyevin də transferini rəsmiləşdirmək üzrədir. Müqavilə “Qarabağ”a məxsus olan hücumçunun transferində son detalların həlli qalıb. Türkiyənin “Adana Dəmirspor” klubu ilə müqaviləsini pozan millimizin yarımmüdafiəçisi Cavid Hüseynovun da paytaxt təmsilçisinə keçidi nəzərdə tutulub.
Qeyd edək ki, “Bakı” transfer etdiyi son legioner – serbiyalı yarımmüdafiəçi Risto Ristoviçlə 1 illik müqavilə imzalayıb.

0
0