“Kəpəz” daha 6 futbolçu ilə müqavilə bağladı
08.02.2013 - 18:12
“Kəpəz” daha 6 futbolçu ilə müqavilə bağladı
Topaz Premyer Liqasında “transfer pəncərəsi”nin bağlanmasına az qalmış “Kəpəz” daha 6 futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Gəncə klubu baxışda olub bəyənilən yerli futbolçularla müqaviləni rəsmiləşdirib.

“Kəpəz” “Neftçala”dan Samir Hüseynli, “Neftçi”dən Elgiz Kərəmli, “Rəvan”ın əvəzedici komandasından Məhərrəm Müslümzadə, “Ağsu”dan Zaur Əsədov, “Tərəqqi”dən isə Mətləb Məmmədov və Ramil Kərimovla müqavilə imzalayıb. Adıçəkilən futbolçular mövsümün sonuna kimi “Kəpəz”də çıxış edəcək.

Qeyd edək ki, “Kəpəz” bundan öncə Cəmşid Məhərrəmov, rusiyalılar – Vladislav Serebryakov, Alan Soltanov və türkmənistanlı futbolçular – Pirkulı Saparov və Rahimberdı Baltayevi heyətinə qatıb. “Qarabağ”a məxsus olan Emin İmaməliyevin də Gəncə klubuna icarə əsasında yenidən qayıdacağı gözlənilir.