“Kəpəz”in yeni kapitanı və vitse-kapitanı məlum oldu
08.02.2013 - 18:17
Azər Məmmədovun karyerasını bitirməsindən sonra kapitan sarğısı Xəyal Zeynalova verilib. Apasport.az saytının məlumatına görə, Məmmədovun futbol oynadığı dövrlərdə onun yoxluğunda vitse-kapitan kimi futbolçuları meydana çıxaran qolkiper indi komandanın əsas kapitanı olacaq.
Xəyalın kapitan seçilməsi ilə boş qalan vitse-kapitan postunu Nikolay Svejentsev tutub. Qeyd edək ki, “Kəpəz”in digər vitse-kapitanı Şahin Kərimovdur. Çərçivə qoruyucusunun meydana çıxmadığı görüşlərdə Svejentsev və ya Kərimov sarğını daşıyacaq.

0
0