9 oyun canlı yayımda
08.02.2013 - 18:32
9 oyun canlı yayımda
VI Bakı Beynəlxalq Futzal Turnirinin bütün oyunları canlı yayımlanacaq. Apasport.az-ın məlumatına görə, 6 komandanın - Azərbaycan, Özbəkistan, Latviya, Belarus, Moldova və Azərbaycan-2 - mübarizə aparacağı turnir çərçivəsində keçiriləcək bütün oyunlar affatv.az saytı vasitəsilə nümayiş olunacaq. Sayt turnirin 9 qarşılaşmasını göstərəcək.

Qeyd edək ki, turnir fevralın 12-dən 16-dək keçiriləcək.