Rasim Ramaldanov: Hücum xəttində problem var - MÜSAHİBƏ
09.02.2013 - 00:03
“Simurq”un müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Artıq çempionat başlayır. Komanda oyunlara necə hazırlaşıb?
- Qış təlim-məşq toplanışımızın əsas mərhələsi Antalyada baş tutdu. İlk mərhələdə fiziki çalışmalar üzərində məşqlər etdik. Bu da təbii idi. İstirahətdən sonra futbolçuların həm hazırlığında, həm də çəkilərində müəyyən problemlər olur. Təlim-məşq toplanışının ikinci mərhələsində isə texniki və taktiki məşqlər etdik. Hazırlıq çərçivəsində yoxlama görüşləri keçirib çatışmayan cəhətlərimizi müəyyənləşdirdik. Düzdür, istədiyimiz nəticələri əldə etməsək də, yaxşı komandalarla qarşılaşıb oyun təcrübəmizi artırdıq. Bir sözlə, komandamız demək olar tam hazırdır.
- Yeni transferlər “Simurq”a nə dərəcədə faydalı ola bilərlər?
- Hazırlıq çərçivəsində bir neçə futbolçu baxışa dəvət olundu. Bəxtiyar Soltanov haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Perspektivli futbolçudur. İnanıram ki, bizə faydalı olacaq. Ümumiyyətlə, yeni futbolçuların necə faydalı olduqlarını qarşıdakı oyunlarda görəcəyik.
- “Simurq” bir çoxlarının gözləmədiyi halda qış fasiləsinə ikinci pillədə yollandı. Siz futbolçular belə nəticə əldə edəcəyinizi gözləyirdinizmi?
- Düzdür, bizim çıxışımızı sürpriz kimi qələmə versələr də, biz buna inanırdıq. Mövsümün əvvəlində yaxşı hazırlıq keçdik. Hər bir futbolçu həvəslə məşq edib, çempionatın başlamasını gözləyirdi. Hesab edirəm ki, əldə etdiyimiz nəticələr və ikinci pillədə qərarlaşmağımız tam ədalətlidir.
- Bu nəticələr nəyin hesabına əldə olundu?
- Təbii ki, ən başlıca amil komandadaxili birliyin. Kollektiv oyun nümayiş etdiririk. Komandamızda əla əhval-ruhiyyə var. Bizdə yerli-legioner söhbəti yoxdur. Təbii ki, klub rəhbərliyinin komandaya yaratdığı şəraiti və baş məşqçimiz Georgi Çixradzenin əməyini danmaq olmaz. Klub rəhbərliyi futbolçular üçün hər cür şərait yaradıb. Məşqçimiz də öz bilik və bacarığını bizimlə bölüşür.
- Hər bir komanda qış fasiləsini xüsusi həvəslə gözləyib, əsas çatışmazlıqları aradan qaldırmaq niyyəti güdür. Maraqlıdır, “Simurq”un qış fasiləsinədək hansı əsas çatışmazlıqlarını qeyd edə bilərsiz?
- Bizdə demək olar ki, hər şey yaxşıdır. Təkcə hücum xəttindəki problemi qeyd edə bilərəm. Digər komandalarla müqayisədə daha az qol vurduq. Düşünürəm ki, qış fasiləsində heyətə cəlb olunan futbolçuların köməkliyi ilə bu çatışmazlıq aradan qaldırılacaq və daha çox qol vuracağıq.
- “Simurq” ilk “altılıq”dakı yerini təmin edib...
- Bəli, digər komandalarla müqayisədə ilk “altılıq”dakı yerimizi yaxşılaşdırsaq da, tam boşalmalı deyilik. Əks təqdirdə, bunun acısını çəkə bilərik. Qarşıda bizi 4 vacib oyun gözləyir. Məqsədimiz həmin 4 oyundan maksimum nəticə əldə etməkdir. Çempionatın final mərhələsi başa çatdıqdan sonra medallar uğrunda şanslarımız haqda danışmaq olar.
- Arxada qalan 18 turda hansı oyun sizin üçün daha çətin olub və ya hansı hücumçuya qarşı oynamaq çətindir?
- “Qəbələ” ilə səfərdəki oyun çətin oldu. Düzdür, 1:0 hesablı qələbə qazandıq, ancaq həmin matçda xeyli əziyyət çəkdik. “Qəbələ”nin hücumçularına qarşı oynamaq çətindir. Sürətli və texnikalı futbolçulardır. Bundan əlavə, “Qarabağ”la hər iki oyun bizim üçün çətin olub. Düzdür, hər iki oyunu sarı vərəqə limitim dolduğundan buraxmaq məcburiyyətində qalmışam.
- Yeri gəlmişkən çox sarı vərəqə almağın nəylə bağlıdır?
- Futbol sərt mübarizələri sevir. Mən də bir qədər sərt oynayıram.
- Komanda olaraq əsas məqsədiniz nədir?
- Mövsümün əvvəlindən qarşımıza ilk “altılıq”a düşmək məqsədi qoyulub. Yəqin ki, bu məqsədi reallaşdıracağıq. Çempionatın ilkin mərhələsi başa çatdıqdan sonra növbəti məqsəd açıqlanacaq. Yəqin ki, avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq. Məqsəd yoxdursa, irəliyə getmək olmaz. Hamı öz məqsədi, öz hədəfi uğrunda mübarizə aparır.
- Çempionluq uğrunda hansı komandaların şanslarını daha yüksək qiymətləndirirsiz?
- Çempionata liderlik edən “İnter” çox güclü komandadır. “Qarabağ” və “Neftçi”ni hesabdan silmək olmaz. Düşünürəm ki, əsas mübarizə bu komandalar arasında gedəcək.
- Yeri gəlmişkən, milli komandanın Birləşmir Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışında yoxlama oyunlarında meydana çıxdız. Bu hazırlıqla bağlı fikirləriniz necədir?
- Uşaqlarda bir qədər yorğunluq vardı. Bunun da səbəbi futbolçuların klublarının təlim-məşq toplanışından gəlmələri idi. Bildiyiniz kimi, Dubay toplanışının əsas məqsədi mart ayında DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır. Baş məşqi Berti Foqts futbolçuların son hazırlığını nəzərdən keçirdi. Təlim-məşq toplanışında Özbəkistan və Lixtenşteyn yığmaları ilə qarşılaşdıq. Özbəkistanla oyunda qolsuz heç-heçə oynadıq. Son oyunda isə Lixtenşteyndən 4-5 baş üstün futbol nümayiş etdirdik. Ancaq əldə etdiyimiz imkanlardan yararlana bilmədik.
- Martda milli komandanın iki oyunu var. Həmin görüşlərlə bağlı nə deyə bilərsiz?
- Əvvəlcə, səfərdə Lüksemburqla qarşılaşacağıq. Əsas məqsəd səfərdən qələbə ilə dönməkdir. Lüksemburqun oyununu izləmişik. Sürətli futbol oynayırlar. Daha sonra evdə Portuqaliya millisini qəbul edəcəyik. Məqsədimiz yaxşı nəticələr əldə etməkdir.

0
0