Droqbanın “Qalatasaray”da ilk açıqlaması
08.02.2013 - 22:55
Droqbanın “Qalatasaray”da ilk açıqlaması
“Bir çox azarkeşin hava limanına gəlməsi məni çox sevindirdi”. İlk dəfə bura gəlirəm və azarkeşlərin marağına çox qürurlandım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın yeni transferi Didye Droqba deyib. Fil Dişi Sahili milli komandasının üzvü klubun rəsmi televiziyasında qonaq olub.

O, burada bir çox sualları cavablandırıb: “Məşq bazasına gəldiyimdə Fatih Terimlə qarşılaşma şansını tapdım. Daha əvvəl Türkiyə ilə Fil Dişi Sahili arasında keçirilən yoldaşlıq matçında onunla görüşmüşəm. Necə biri olduğunu və şəxsiyyətini yaxşı tanıyıram. Yığmada komanda yoldaşım Eboue mənim qardaşım kimidir. Onunla dəfələrlə danışdıq. Mənə coşğulu bir azarkeş görmək istəyirsənsə Türkiyəyə gəlməyimin lazım olduğunu söylədi. Ayrıca buranın futbol keyfiyyətinin yüksək və insanlarında futbola bağlılığından bəhs etdi.

Droqba “Qalatasaray”ın Çempionlar Liqasının 1/8 final mərhələsindəki oyunu da şərh edib: “Çempionlar Liqasını qazanmaq üçün də əlimizdən gələni edəcəyik. Mənim və Uesli Sneyderin komandaya qatılması da rəqiblərimizə təsir olmuşdur. İndi qarşımızda iki əhəmiyyətli oyun var. Bu mərhələni keçmək üçün də əlimizdən gələni edəcəyik”.