Natalya Məmmədova komandası ilə müqaviləsinin müddətini uzatdı
08.02.2013 - 23:25
Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Natalya Məmmədova çıxış etdiyi Rusiyanın “Omiçka” klubu ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ildən şərəfini qoruduğu bu komanda ilə voleybolçumuz yollarına davam edəcək.
Omsk təmsilçisi Məmmədovadan başqa Viktoriya Kuzyakin və Yekaterina Orlova ilə müqaviləsinin müddətini uzadıb.
Qeyd edək ki, Rusiya Superliqasının ən səmərəli oyunçularından olan Natalya karyerası boyunca Avropanın ən yaxşı klublarında çıxış edib. O, “Rabitə”, “Azerreyl”, “Volero” (İsveçrə), “Keri” (İtaliya), “İkaro Palma” (İspaniya) və “Türk Telekom”un (Türkiyə) şərəfini qoruyub.

0
0