“Mən “Seltik”lə qarşılaşmaya hazıram”
08.02.2013 - 23:55
“Yuventus” bu il də Çempionlar Liqasını qazana bilər. Buna görə ki, mən bu kluba gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Yuventus”un yeni transferi Nikolya Anelka deyib. Fransa milli komandasının sabiq üzvü İtaliya klubunun futbolçularının Avropanın ən mötəbər klub turnirini qazanmaq niyyətində olduğunu ifadə edib.
O, ikinci dəfə Çempionların Liqasını qazanmaq istədiyini bildirib:
“Birinci məşqlərdən mən anladım ki, komandamızın oyunçuları kuboku qazanmaq niyyətindədir. Karyeranı bitirməzdən əvvəl arzu edirəm ki, mən ikinci dəfə bu kuboka nail olum. “Real”la Çempionların Liqasını qazandıqdan sonra buna “Çelsi” ilə də yaxın idim. Amma alınmadı. Mən “Seltik”lə qarşılaşmaya hazıram. Əgər baş məşqçimiz mənə şans versə meydana çıxacağam. Qlazqoda oynamaq çətindir. Şotlandiya azarkeşləri çox uzun müddətdir ki, pley-offda komandalarının qayıdışını gözləyirdilər”.
Qeyd edək ki, “Yuventus”un Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə üz-üzə gələcək “Seltik”lə ilk oyunu fevralın 12-də baş tutacaq. Cavab matçı isə martın 6-da keçiriləcək.

0
0