“Rubin” müdafiəçisinə yeni müqavilə təklif edəcək
09.02.2013 - 00:25
“Rubin” müdafiəçisinə yeni müqavilə təklif edəcək
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun yaxın günlərdə müqavilə bağlayacağı “Rubin” digər müdafiəçisi Oleq Kuzmini klubda saxlamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi 31 yaşlı oyunçunun müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Tatarıstan klubu bu mövsümün sonunda müqaviləsi başa çatacaq Kuzminin 2016-cı ilin dekabrına qədər “Rubin”də oynamasını istəyir.

Qeyd edək ki, 2010-cu ildən “Rubin”də çıxış edən Oleq Kuzmin 57 oyunda forma geyinib və 1 qola imza atıb.