“Mançester Yunayted” Kerriklə yollarına davam edəcək
09.02.2013 - 01:08
“Mançester Yunayted” Kerriklə yollarına davam edəcək
“Mançester Yunayted” yarımmüdafiəçisi Maykl Kerriklə müqaviləsinin müddətini daha iki il də uzadacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 31 yaşlı futbolçu ilə ilkin razılığa gəlib.

Müqavilə yeni mövsümdən etibarən qüvvədə olacaq və Kerrik Mançester təmsilçisində həftəyə 90 min avro qazanacaq.

Qeyd edək ki, Maykl 2006-cı ildə “Mançester Yunayted”ə “Tottenhem”dən 20 milyon avroya transfer olunub. O, burada təxminən 300 rəsmi matçda meydana çıxıb. Kerrik ingilis klubunun heyətində 4 liqa, bir Çempionlar Liqasınına sahib olub.