Laudrupdan sərt açıqlama
09.02.2013 - 05:43
Laudrupdan sərt açıqlama
Avropa Polisi Agentliyinin dünyada 680 futbol qarşılamasında oyun alqı-satqısının olduğunu açıqlamasından sonra “Suonsi”nin baş məşqçisi Mikael Laudrup bununla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, danimarkalı çalışdırıcı bu işdə iştirak edən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.

Laudrup “BBC”-yə verdiyi müsahibəsində bunları ifadə edib: “Əgər kimlərsə oyunların uduzdurulmasına görə pul qazanırsa və bu şəxslər tutula bilirsə, onların ömür boyu futboldan uzaqlaşdırılması lazımdır. Onlar bilməlidir ki, bu oyun qazanmaq üçün yaradılmış bir oyundur”.