Rikelme üçüncü dəfə “Boka Xuniors”da
09.02.2013 - 06:45
Rikelme üçüncü dəfə “Boka Xuniors”da
Argentinanın fenomen futbolçularından olan Xuan Roman Rikelmenin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi sabiq klubu “Boka Xuniors”la üçüncü dəfə müqavilə imzalayıb.

2012-ci ilin yanvar ayında komandadan ayrılan 34 yaşlı yarımmüdafiəçinin yenidən bu klubla anlaşacağı iddia edilsə də, daha sonra o, bu xəbərləri təkzib edib: “Boka Xuniors”la heç vaxt görüşmədim. Onlara deyəcəyim heç bir sözüm yoxdur. Dediyim kimi bir daha orada oynamayacağam”.

Qeyd edək ki, Rikelme 1996-cı ildə 18 yaşı olarkən ilk dəfə Argentina təmsilçisi ilə müqavilə imzalayıb. 8 il bu klubda çıxış etdikdən sonra Xuan “Barselona”ya (2002) transfer olunub. Daha sonra (2005) “Vilyareal”a keçən Rikelme 2007-ci ildə yenidən “Boka Xuniors”un heyətində icarə əsasında çıxış edib.