Cihan Özkara: Özümü əla hiss edirəm
09.02.2013 - 07:26
Cihan Özkara: Özümü əla hiss edirəm
“Milli komandaya dəvət almaq böyük sevincdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sivasspor”da çıxış edən və Azərbaycan milli komandasının hücumçusu Cihan Özkara deyib. Yığmamızın Dubay toplanışından qayıdan forvardımız artıq klubunun heyətində məşqlərə başlayıb.

O, Türkiyə Superliqasının 21-ci turunda “Trabzonspor”la qarşılaşmadan öncə bunları ifadə edib:

“Bu da önümüzdəki "Trabzonspor"la oyun üçün yaxşı oldu. Özümü əla hiss edirəm. Məşqçimiz mənə şans verdiyi təqdirdə, bunu ən yaxşı şəkildə dəyərləndirəcəyəm. İnşallah azarkeşlərimiz qarşısında 3 xal alıb yolumuza davam edəcəyik".

Qeyd edək ki, "Sivasspor" – "Trabzonspor" matçı fevralın 10-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.