“Qarabağ”ın sabiq futbolçusu “Vasluy”a keçdi
09.02.2013 - 12:32
 “Qarabağ”ın sabiq futbolçusu “Vasluy”a keçdi
Yayda “Qarabağ”dan ayrılan albanəsilli makedoniyalı yarımmüdafiəçi Nderim Necipi klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, Necipi Makedoniyanın “Şkendiya” klubunda özünü yaxşı tərəfdən göstərərək Avropa klublarının diqqətini özünə cəlb edib.

Belə ki, onunla Macarıstanın “Debretsen” və Rumıniyanın “Vasluy” klubları maraqlanıb. Sonda 28 yaşlı mərkəz oyunçusu hazırda ölkələrində 3-cü sırada gedən 2 klubdan sonuncusuna üstünlük verib. Belə ki, o, “Vasluy”la anlaşıb.