“Neftçi” və “Qarabağ”ın bəyənmədiyi futbolçu “Rəvan”da
09.02.2013 - 13:46
“Rəvan” qış “transfer pəncərəsi”ndə heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, “uçan aslanlar” Litva millisinin üzvü Mindauqas Kalonas ilə anlaşıb.
Özünü əsasən Latviyanın “Metallurq” klubunda ən yaxşı tərəfdən göstərən, bu komandayla 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olan yarımmüdafiəçi İrlandiyanın “Bohemians” komansında da “qızıl dubl” edib (2008-ci ildə). 2009-12-ci illər ərzində Ukrayna Premyer Liqasında çıxış edən Zaporojye “Metallurq”unun şərəfini qorumuş futbolçunun buna qədər son klubu Polşanın I divizion təmsilçisi “OKS Stomil” olub. Maraq üçün Kalonasın Litva millisinin heyətində 35 matçda forma geydiyini və 2 qol vurduğunu da bildirək.
Qeyd edək ki, 28 yaşlı Kalonas əvvəllər “Neftçi” və “Qarabağ”da baxışda olub. O ilk dəfə 2009-cu ilin yanvarında Hans-Yürgen Gedenin vaxtında “Neftçi”də baxışda olub. O vaxtlar İrlandiya bazarından futbolçu gətirməyə cəhd edən “Neftçi”yə Kalonas “Bohemians”dan gəlmişdi. Futbolçu “Karl Tseyss”lə oyunda fərqlənsə də, “Sibir”lə yoxlama matçından sonra geri göndərilmişdi. Mindauqas “Qarabağ”da isə ötən ilin yanvarında baxışda olub və bəyənilməyib.
Beləliklə, “Rəvan” qış “transfer pəncərəsi”ndə heyətinə 6 yeni futbolçu qatdı. Kalonasdan əvvəl paytaxt klubu Ramil Həşimzadə, Emin Mustafayev, Nodar Məmmədov, Miloş Adamoviç və Ramazan Abbasovun keçidlərini rəsmiləşdirmişdi.

0
0