“Rəvan” “Paxtakor”un sabiq müdafiəçisini bəyənmədi - FOTO
09.02.2013 - 13:59
“Rəvan” “Paxtakor”un sabiq müdafiəçisini bəyənmədi - FOTO
“Rəvan”da baxışda olan yaponiyalı Naoya Sibamura haqda məşqçilər heyəti qərar verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisinin durumu baş məşqçi Ramil Əliyevin xoşuna gəlməyib. Bu üzdən yaponiyalı futbolçu düşərgəni tərk edib.

Qeyd edək ki, Sibamura karyerası ərzində cəmi 1 dəfə Avropada çıxış edib. Latviyanın “Ventspils” klubunda bu həyəcanı yaşayan müdafiəçi ötən il qısa müddət tanınmış Özbəkistan klubu – “Paxtakor”un şərəfini qoruyub.