“Qarabağ” braziliyalı futbolçusunun xidmətindən məhrum oldu
09.02.2013 - 14:38
 “Qarabağ” braziliyalı futbolçusunun xidmətindən məhrum oldu
“Qarabağ” artıq Qəbələdədir. Apasport.az saytının məlumatına görə, 2013-cü ildə ilk rəsmi oyununa çıxacaq “köhlən atlar” artıq ölkənin şimalına yollanıb.

50 günlük fasilədən sonra Premyer Liqanın XIX turunda “Qəbələ” ilə qarşılaşacaq komanda bu gün oyunun keçiriləcəyi meydançada məşq edəcək.

“Qarabağ” Qəbələyə tam heyətlə yollanıb. Sadəcə, yeni transfer Reynaldo sabahkı görüşdə iştirak etməyəcək. Braziliyalı yarımmüdafiəçi gələn həftə “Sumqayıt”la baş tutacaq oyunda hazır olacaq.