“Qarabağ” “Qəbələ” ilə mənfi seriyasını qırmaq niyyətindədir
09.02.2013 - 14:46
“Qarabağ” Qəbələyə seriyasını davam etdirməyə və “Qəbələ” ilə mənfi seriyasını qırmağa gedir. Apasport.az saytının məlumatına görə, “köhlən atlar” 2 ildir, “Qəbələ”ni məğlub edə bilmir.
Sonuncu dəfə 2 il bundan əvvəl, fevralın 13-də “Qəbələ” üzərində doğma meydanda 3:0 hesablı qələbə də qış fasiləsindən sonrakı ilk oyuna təsadüf etmişdi. Ənənəni davam etdirmək üçün 3 günlük ara eyni durumu yaradıb.
Cari mövsümün ilk yarısında baş tutan görüşdə “Qəbələ” mərkəzi arenada “Qarabağ”ı 2:1 hesabıyla məğlub edib. XI tur çərçivəsində, oktyabrın 31-də qeydə alınan nəticədən sonra “Qarabağ” baş tutan 8 görüşdə (7 çempionat, 1 kubok) məğlubiyyət üzü görməyib (6 qələbə, 2 heç-heçə).
Göründüyü kimi, “Qarabağ” Qəbələyə 3 aydan çoxdur sürən məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə gedir. Qazanılacaq qələbə bu seriyanı davam etdirəcək və üstəlik rəqib qarşısında 2 ildir davam edən qələbəsizlik seriyasına son qoyacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0