AZAL 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirdi
09.02.2013 - 16:11
AZAL 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirdi
AZAL heyətinə qatdığı futbolçularla münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, vizaya görə ölkəmizə gəlməkdə çətinlik çəkən Vladimir Boqdanoviç və Uill Con artıq paytaxtımızdadır.

Onlar bu gün keçiriləcək “Simurq”la matçda meydana çıxa bilər. Belə ki, serbiyalı və amerikalı futbolçu ilə 2,5 illik müqavilə bağlanılıb. Boqdanoviç 32, “Emi” ləqəbli nigeriyaəsilli Con isə 28 nömrəni seçib.

Bundan başqa, “Neftçi”dən ayrılıb AZAL-a keçmiş Saşa Yunisoğlu ilə də müqavilə bağlanılıb. Onun müqaviləsinin müddəti “6 ay+1 il” şərtli olub. Saşa AZAL-da 77 nömrəli futbolkanı geyəcək.