Böyükağa Hacıyev: İlk dəqiqələrdə oyunumuzu tapa bilmədik
09.02.2013 - 19:32
“Antalya toplanışından sonra komandada bir qədər yorğunluq hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının 19-cu turunda “Kəpəz”lə (3:0) qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
O, Gəncə klubunun uduzmasına baxmayaraq, əzmkar mübarizə apardığını bildirib: “Ona görə də ilk dəqiqələrdə oyunumuzu tapa bilmədik. Həm də fasilədən sonra “Kəpəz”də necə komanda yığıldığını bilmirdik. Buna baxmayaraq, irəliləyən dəqiqələrdə oyunun tempini tutduq və öz oyunumuzu diqtə eləməyə başladıq. Məğlub olmasına baxmayaraq, rəqib əzmkar mübarizə apardı”.

0
0