Hüseynovun Türkiyədən ayrılmasının əsl səbəbi
09.02.2013 - 20:30
Hüseynovun Türkiyədən ayrılmasının əsl səbəbi
Cavid Hüseynovun Türkiyədəki karyerasının başa çatmasının əsl səbəbləri üzə çıxıb. Apasport.az saytının məlumatına görə, onunla “Bakı”nın maraqlanması milli futbolçumuzun “Adana Dəmirspor”dan ayrılmasının əsl səbəbləri deyilmiş.

Belə ki, klubun azarkeş saytı olan demirsporplatformu.com-un iddiasına əsasən Cavid Hüseynov Adana klubunda 150 min dollar alırmış. Mövsümün ikinci hissəsində də komandada qalsaymış, 100 min dollar alacaqmış. Ancaq heyəti onsuz da zəngin olan klub “11-liy”ə düşə bilməyən bu futbolçuya artıq pul verməkdənsə onu göndərməyə qərar verib.

Belədə rəhbərlik futbolçu ilə görüşüb qarşılıqlı şəkildə yolları ayırıb. Hazırda Cavid Hüseynov “Bakı”dadır. Onunla 1,5 illik müqavilə bağlanması gözlənilir.